Avtomobilin qiymətini sorğula

Avtomobil

necə seçilir?

  • Müştəri almaq istədiyi avtomobilin markasını, modelini, ilini və komplektasiyasını bildirir.
  • Bizim tərəfimizdən bu tələblərə uyğun olan, yaxın vaxtda auksiyonlarda oynanılacaq maşınlar təklif edilir.
  • Avtomobillər araşdırılır, yalnız güclü zədəsi, suda batmış və digər ciddi problemləri olmayan avtomobillər təklif edilir.
  • Avtomobil seçildikdən sonra auksiyondan öncə alış dəyərinin 10% məbləğində hüquqi cəhətdən rəsmiləşdirilmiş qaydada depozit yerləşdirilir.
  • Depozit yalnız o halda geri qaytarılmır ki, müştəri avtomobili auksiyonda udduqdan sonra alış dəyərini ödəməkdən imtina etsin. Belə olduqda auksiyon saytları tərəfindən cərimə olunur və bu məbləğ birbaşa olaraq oraya ödənilir.

Avtomobil necə alınır?

  • Avtomobil seçildikdən sonra auksiyonda oynamaq üçün maksimum təklifetmə limiti müəyyən olunur.
  • Müştəri istəyinə uyğun olaraq auksiyon keçirilən zaman bizim ofisdə şəxsən iştirak edə bilər.
  • Alış dəyəri və auksiyon vergiləri avtomobil udulduqdan sonra növbəti gün ərzində bank vasitəsilə satıcı şirkətə ödənilir.

Avtomobil Amerikadan Gürcüstana necə göndərilir?

  • Avtomobilin alış dəyəri və auksiyon vergiləri ödənildikdən sonra avtomobilin Poti və ya Batumi portlarına göndərilməsi müştəri tərəfindən seçilir.
  • Ödəniş tarixindən ən geci 10 gün ərzində avtomobil olduğu məntəqədən yola salınır və təxminən 45-60 gün ərzində ünvana çatdırılır.
  • Avtomobilin harada olmasını sistemdə izləmək üçün müştəriyə izləmə kodu verilir və istənilən zaman öz smartfonundan bu məlumatı görə bilər.
  • Avtomobil porta çatdıqdan sonra daşıma xərcləri odənilir. Daşıma xərcləri ştatdan asılı olaraq 1000-1600 USD arası dəyişir. Müştəriyə daşınmanın dəqiq məbləği barədə məlumat seçilmiş avtomobil alınmamışdan öncə verilir.

Avtomobil Gürcüstandan Azərbaycana necə gətirilir?

  • Gürcüstan portuna çatdıqdan sonra müştəri avtomobili portda şəxsən və ya Azərbaycanda qəbul etməyi seçir.
  • Avtomobil Azərbaycana evakuatorla gətirilir, Bakıda təhvil almaq üçün təxmini qiyməti bütün sənədləşmə daxil 350-400 USD təşkil edir.